14:12 31-07-2021
news_image
229
TOKİO-2020

Tokio-2020: Bürünc medal qarşılaşmasına çıxmayacaq - Cokoviç

Dünyanın 1 nömrəli raketkası Novak Cokoviç Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını dayandırıb.

Apasport.az saytının məlumatına görə, serbiyalı qarışıq cütlərin bürünc medal uğrunda matçına çıxmayacaq.

Onun Nina Stoyanoviçlə cütünə məğlubiyyət veriləcək. Bürünc medallar isə avstraliyalılar Eşli Berti ilə Con Pirsə nəsib olacaq.

Qeyd edək ki, Cokoviç az əvvəl fərdi yarışlarda bürünc medal qarşılaşmasında uduzaraq mükafatsız qalıb.