16:02 31-07-2021
news_image
197
FUTBOL

FİFA və UEFA-dan rədd cavabı - basklara

FİFA və UEFA Basklar ölkəsinin üzvlüklə bağlı müraciətini qəbul etməyib.

Apasport.az saytının məlumatına görə, basklar İspaniyadan ayrı müstəqil üzv kimi qurumlara qoşulmaq istəyib.

Lakin dünya və Avropa futbol qurumları Basklar Futbol Federasiyasının istəyini rədd edib. İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales də bunun əleyhinə çıxıb.

FİFA baskların üzvlüyünün qanunlara uyğun olmadığını əsas gətirib. Narazı qalan basklar İdman Arbitraj Məhkəməsinə müraciət etməyi planlaşdırır.