17:50 31-07-2021
news_image
203
TOKİO-2020

Yarımfinal cütləri dəqiqləşdi – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilərin futbol turnirində yarımfinal cütləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, finalçılar avqustun 3-də bəlli olacaq.

Amerika təmsilçilərinin duelində Meksika ilə Braziliya üz-üzə gələcək. Mübarizəni davam etdirən yeganə Avropa təmsilçisi İspaniya isə meydan sahibi Yaponiya ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4 finalda Meksika Cənubi Koreyanı 6:3, Braziliya Misiri 1:0, İspaniya Fil Dişi Sahilini 5:2 hesabı ilə üstələyib. Yaponiya qolsuz bitən görüşün penaltilər seriyasında Yeni Zelandiyadan üstün olub – 4:2.