22:25 31-07-2021
news_image
293
FUTBOL

15 milyonluq transfer – ukraynalı forvard

Ukrayna millisinin futbolçusu Roman Yaremçukun yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu “Benfika”ya keçib.

Portuqaliya təmsilçisi ukraynalı üçün Belçika “Gent”inə 15 milyon avro ödəyib. Lissabon klubu forvardla 5 illik müqaviləyə imza atıb.