09:12 01-08-2021
news_image
634
TOKİO-2020

İki güləşçimizin rəqibi bilindi - Tokio-2020

Sabah Olimpiadada iki güləşçimiz mübarizəyə start verəcək.

Apasport.az saytının məlumatına görə, yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq), qadın güləşində isə Elis Manolova (68 kq) xalça üzərinə çıxacaq.

Bu gün keçirilən püşkatma mərasimində təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.

Rafiq 1/8 finalda dünya ikincisi və Avropa üçüncüsü olan isveçli Aleks Kessidislə qarşılaşacaq. Bu görüş A xalçasında keçiriləcək. Hüseynov rəqibinə qalib gəlsə, 1/4 finalda Lamjed Maafi (Tunis) - Akjol Mahmudov (Qırğızıstan) mübarizəsində üstün olan güləşçiylə üz-üzə gələcək.

Elis ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə münasibətləri aydınlaşdıracaq. Bu görüş B xalçasında baş tutacaq. Manolova 1/4 finala yüksəlsə, ya Meerim Jumanazarova (Qırğızıstan), ya da Mimi Xristova (Bolqarıstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, bu çəkilərdə ilk görüşlər Bakı vaxtı ilə saat 6:30-da başlayacaq.