09:38 01-08-2021
news_image
159
TOKİO-2020

27 idmançı arasında 24-cü – İslamiadanin qalibi

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio Yay Olimpiya Oyunlarında ikinci dəfə hədəf önünə keçib. 

Apasport.az saytının məlumatına görə, İslamiadanın qalibi bu dəfə 25 m məsafədən dəqiqliyini yoxlayıb. 

Təəssüf ki, təmsilçimiz təsnifat mərhələsinin ilk gününü uğursuz başa vurub. Lunyov 3 seriyadan 281 xal toplayıb. O, bu nəticə ilə 27 idmançı arasında hələlik 24-cü yerdə qərarlaşıb. 

Sabah ikinci təsnifat və final mərhələsi keçiriləcək. Həlledici mərhələdə ilk “altılıq” iştirak edəcək. 

Qeyd edək ki, Lunyov 10 m məsafəyə atəşaçmada çıxışını 20-ci yerdə bitirib.