09:47 01-08-2021
news_image
156
TOKİO-2020

16-cı oldu və finala çıxa bilmədi - atletimiz

Azərbaycan atleti Anna Skidan Tokio Yay Olimpiya Oyunlarında çıxışını uğursuz başa vurub. 

Apasport.az saytının məlumatına görə, çəkicatmada mübarizə aparan idmançı yarışla təsnifat mərhələsində vidalaşıb. 

O, 69,57 m nəticə ilə A qrupunda 8-ci olsa da, yekunda finala vəsiqə verən “12-liy”ə düşə bilməyib. Skidan iki qrupun çıxışından sonra 16-cı yeri tutub və Olimpiada ilə vidalaşıb. 

Qeyd edək ki, Anna Rio-2016-da 13-cü olub.