15:00 01-08-2021
news_image
182
FUTBOL

5 futbolçusunu satmayacaq – “Real”

Yay fasiləsində bir neçə futbolçusu ilə yollarını ayıran “Real”da heç bir halda satılmayacaq oyunçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, rəhbərlik konkret olaraq 5 futbolçunun yaxın gələcəkdə mütləq komandada qalacağını vurğulayıb.

Bunlar qapıçı Tibo Kurtua, yeni transfer edilən müdafiəçi David Alaba, yarımmüdafiəçi Federiko Valverde, hücumçular Kərim Benzema və Vinisyus Juniordur. Qalan oyunçular sərfəli təklif qarşılığında yola salına bilər.

“Kral klubu”nun əsas transfer hədəfi isə PSJ-nin hücumçusu Kilian Mbappedir.