16:37 01-08-2021
news_image
140
FUTBOL

Futbolçusunu icarəyə verir – “Barselona”

“Barselona” daha bir futbolçusu ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Aleks Kollado Kataloniya klubunu tərk edəcək.

22 yaşlı oyunçu baş məşqçi Ronald Kumanın gələcək planında yer almır. İspaniyalı yaxın günlərdə Avropa klublarından birinə icarəyə veriləcək. Kollado B komandasında oynamaq istəmədiyindən, rəhbərlik onu icarəyə vermək qərarına gəlib.

Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan orta sahə oyunçusu ötən mövsüm əsas komandanın heyətində heç bir matçda çıxış etməyib.