17:11 01-08-2021
news_image
857
FUTBOL

Qərarını dəyişdi - Pandev

Şimali Makedoniya yığmasının hücumçusu Qoran Pandev qərarını dəyişib.

Apasport.az saytının məlumatına görə, ötən mövsümün sonunda “Cenoa”dan ayrılan 38 yaşlı forvard komandasına qayıtmalı olub.

Digər variantların heç birini bəyənməyən Pandev “Cenoa”nın yeni müqavilə təklifini qəbul edib. Onunla gələn ilin yayına qədər sözləşmə imzalamaq barədə razılıq əldə olunub. A seriyası təmsilçisi yaxın günlərdə bunu rəsmən bəyan edəcək.

Qeyd edək ki, AVRO-2020-dən sonra milli karyerasını bitirdiyini açıqlayan Qoran Pandev ötən mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 7 qol, 3 assistlə yadda qalıb.