16:19 01-08-2021
news_image
236
FUTBOL

"Kəpəz"ə qayıtdı - Gəncə futbolunun yetirməsi

Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir futbolçunu heyətinə qatıb.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, komanda Tural Rzayev ilə bir illik razılaşma əldə edib.

Gəncə futbolunun yetirməsi olan yarımmüdafiəçi əvvəlki illərdə də "Kəpəz"in şərəfini qoruyub. O, bu komandanın heyətində həm Premyer Liqa, həm də divizionda oynayıb.

Gəncəlilər bunadək Cavid İmamverdiyev, Vüqar Həsənov və İbrahim Qədirzadəni heyətinə qatıb, həmçinin baş məşqçi Yaşar Vahabzadə və futbolçusu Əli Səmədovla müqaviləni uzadıb.

Qeyd edək ki, I divizionda yeni mövsüm sentyabrın 13-də başlayacaq.