17:25 01-08-2021
news_image
230
FUTBOL

Ukrayna millisindən getdi – Andrey Şevçenko

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko gözlənilməz qərara imza atıb.

Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssis postundan ayrılıb.

Şeva Ukrayna Futbol Assosiasiyası ilə başa çatan müqaviləsini yeniləməmək qərarına gəldiyini açıqlayıb: “Yığmada işlədiyim 5 ildə müasir futbol oynamaq iqtidarında olduğumuzu göstərdik. Ukrayna millisində çalışmaq imkanına görə hər kəsə, bütün oyunçulara minnətdaram. Dəstək və tənqidlərə görə də bütün azarkeşlərə təşəkkür edirəm”.

Şevçenko klub çalışdırmaq arzusunda olduğunu gizlətməyib.

Qeyd edək ki, Ukrayna millisi ötən ay başa çatan AVRO-2020-də 1/4 final mərhələsinə qədər irəliləyib.