17:47 01-08-2021
news_image
243
TOKİO-2020

Olimpiada iştirakdan məhrum edildi – Belarus atleti

Belarus atleti Kristina Timanovskaya Yaponiyadan deportasiya edilir.

Apasport.az xəbər verir ki, bu barədə Belarus İdman Həmrəyliyi Fondu məlumat yayıb.

Timanovskaya Tokio-2020 Yay Olimpiya Oyunlarında 200 m məsafəyə qaçışda çıxış etməli idi. Bildirilib ki, təcili bilet alınıb və idmançı Minskə yola salmaq üçün hava limanına aparılıb.

Baş verənlərin səbəbləri hələlik məlum deyil. Lakin Belarus yığmasının Tokiodakı nümayəndələri idmançının 200 m və 4x400 m estafet yarışlarında iştirak ərizəsini geri götürdüklərini bildirib.