09:06 02-08-2021
news_image
108
TOKİO-2020

Lunyovdan vida – Tokio-2020-yə

Azərbaycan atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, snayperimiz 25 metr məsafədən pnevmatik tapança ilə atəş açmada qüvvəsini sınayıb.

O, təsnifat mərhələsinin ikinci günündə 286 xal yığıb. Bir gün öncə 281 xalla kifayətlənən Ruslan ümumilikdə 567 xal toplayıb.

Lunyov bu göstərici ilə 26 iştirakçı arasında 21-ci olub. Finala çıxan 6 iştirakçı arasına düşə bilməyən atıcımız yarışla vidalaşıb.

Qeyd edək ki, Ruslan daha öncə 10 metr məsafədən atəş açmada uğursuzluğa uğrayıb.