15:12 02-08-2021
news_image
560
FUTBOL

“Neftçi”nin Avropa Liqasında mümkün rəqibi oldu – "Fənərbaxça"

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Neftçi”nin avrokuboklardakı növbəti mümkün rəqibi bəlli olub.

Bakı klubu III təsnifat mərhələsində Finlandiya təmsilçisi HİK-i adlasa, "Fənərbaxça" ilə qarşılaşacaq. “Neftçi” – HİK cütünün qalibi ilk matçı səfərdə keçirəcək. Pley-offun qarşılaşmaları avqustun 19-da və 26-da keçiriləcək.

Qeyd edək ki, “Neftçi” HİK-ə qarşı ilk oyunu avqustun 3-də, cavab görüşünü 12-də keçirəcək.