16:07 02-08-2021
news_image
615
FUTBOL

Rəqibi kim olacaq? - “Neftçi” HİK-ə uduzsa

Azərbaycan çempionu “Neftçi”nin Konfrans Liqasındakı mümkün rəqibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Avropa Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırsa, daha aşağı statuslu turnirdə mübarizə aparacaq.

Finlandiya HİK-i ilə görüşəcək paytaxt təmsilçisi üçüncü dərəcəli qitə turnirindəki potensial rəqibi bugünkü püşkatmada dəqiqləşib. “Neftçi” – HİK cütündə uduzan komanda Konfrans Liqasının III təsnifat mərhələsində “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) oyunlarının qalibi ilə görüşəcək. Azərbaycan və ya Finlandiya çempionu pley-offun ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin görüşləri avqustun 19-da və 26-da baş tutacaq.