09:33 02-08-2021
news_image
94
FUTBOL

“Qarabağ”la iki möhtəşəm oyun keçirmək istəyirik” – AEL-in futbolçusu

“Qarabağ”a qarşı çətin oyunlar keçirəcəyik”.

Apasport.az saytının məlumatına görə, bunu AEL-in futbolçusu Euller Silva Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyunla bağlı danışarkən deyib.

Braziliyalı sol cinah müdafiəçisi Kipr mətbuatına açıqlamasında hədəflərinin mərhələ adlamaq olduğunu söyləyib: “Növbəti mərhələyə yüksəlmək üçün “Qarabağ”a qarşı iki möhtəşəm oyun keçirmək istəyirik. Bütün komanda bunun nə dərəcədə əhəmiyyətli matçlar olacağını bilir. Motivasiyamız yüksək səviyyədədir”.

Qeyd edək ki, “Qarabağ”la AEL arasında ilk oyun avqustun 5-də “AEK Arena”da, cavab görüşü isə 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.