09:49 02-08-2021
news_image
365
FUTBOL

“Bursaspor”a keçidini menecerlər pozdu - Namik Ələskərovun

“Neftçi”nin hücumçusu Namik Ələskərov karyerasını Türkiyədə davam etdirməyə çox yaxın olub.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, TFF I liqa təmsilçisi “Bursaspor” Azərbaycan millisinin üzvü ilə ilkin razılıq əldə edib.

Lakin transfer son anda baş tutmayıb. Buna səbəb isə danışıqlarda yer almayan iki menecerin sonradan ortaya çıxaraq bursalılardan 100 min avro tələb etməsi olub.

Məsələ ilə bağlı açıqlama verən “Bursaspor”un İdarə Heyətinin rəhbəri Emin Adanur məhz bu üzdən transferdən vaz keçdiklərini söyləyib: “Namik məsələsində bu pisliyi skaut heyətimizdən Gökhan bəy üzə çıxarıb. O, mənə yaxınlaşaraq “Ələskərovu biz tapdıq, araya menecerlər girdi”, dedi. Həmin anda da transfer məsələsini ləğv etdik”.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqanın bombardiri olan Namik Ələskərovun “Neftçi” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.