10:03 02-08-2021
news_image
153
FUTBOL

Türkiyə klubuna keçdi – millimizin futbolçusu

Qadınlardan ibarət Azərbaycan millisinin üzvü Jalə Məhsimova Türkiyədə legioner həyatı yaşayacaq.

Apasport.az saytının məlumatına görə, Məhsimova “Qaziantep ALGSPOR” klubuna keçib. Bir müddətdir həmyerlimizlə danışıq aparan qazianteplilər, nəhayət ki, onunla 1 illik müqaviləyə imza atıb.

Transferlə bağlı fikirlərini bölüşən klub prezidenti Ali Gözcü Azərbaycan millisinin ən yaxşı oyunçusu ilə anlaşdıqlarını söyləyib.

Qeyd edək ki, karyerası ərzində ölkəmizdə “Uğur”, “Vətən”də çıxış edən Jalə Məhsimova Rusiyada İjevsk “Torpedo”su və “Zenit”in formasını geyinib.