10:38 02-08-2021
news_image
197
TOKİO-2020

Daha bir güləşçimizin rəqibi dəqiqləşdi – Tokio-2020

Avqustun 3-də Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş yarışlarında daha 3 çəki üzrə mübarizəyə start veriləcək.

Apasport.az saytının məlumatına görə, bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib. 

Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçiylə üz-üzə gələcək.

Qeyd edək ki, 87 kq-ın görüşləri C xalçasında keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.