11:16 02-08-2021
news_image
414
FUTBOL

“10 nəfərə bərabərdir” – AEL-in baş məşqçisini qorxudan “Qarabağ”lı

Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq AEL Azərbaycan təmsilçisini təhlil edib.

Apasport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, Limassol klubunun baş məşqçisi Duşan Kerkezi ağdamlıların bir oyunçusu narahat edir.

Həmkarlarımızın yazdığına əsasən, çalışdırıcı yarımmüdafiəçi Filip Ozobiçdən daha çox çəkinir və oyunçularına xorvatiyalıya qarşı xüsusi tədbir görülməsini tapşırıb: “Kerkezin fikrincə, “Qarabağ”da Ozobiç digər 10 nəfərdən tam fərqlidir. O, sanki 10 nəfərə bərabər oyunçudur”.

Qeyd edək ki, AEL-lə “Qarabağ” arasında ilk oyun avqustun 5-də “AEK Arena”da keçiriləcək.