11:26 02-08-2021
news_image
499
FUTBOL

“Kadiz”in futbolçusu müqavilə üçün Bakıda – “Qarabağ”la

“Qarabağ”ın yeni transferi Qasper Panadero Zamora Bakıdadır.

Apasport.az saytının məlumatına görə, ispaniyalı futbolçu transferi yekunlaşdırmaq üçün Azərbaycana gəlib.

“Kadiz”dən alınan 24 yaşlı vinger bu gün Ağdam klubunda tibbi müayinədən keçəcək. Ardından Panadero ilə 3 illik müqavilə imzalanacaq.

Ötən mövsümü icarə əsasında “Ponferradina”da keçirən ön xətt oyunçusu İspaniyanın U-18 və U-19 yığmalarının formasını geyinib.

Qeyd edək ki, Qasper Panadero Zamoranın “Qarabağ”a keçidi xəbərini sportlife.az saytı yayıb.