12:30 02-08-2021
news_image
133
TOKİO-2020

Dünya rekordu – Tokio-2020-də

Qadın velosipedçilərdən ibarət Almaniya yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında dünya rekordu qırıb.

Apasport.az saytının məlumatına görə, almanlar buna komanda yarışlarının təsnifat mərhələsində imza atıb.

Françiska Brausse, Liza Brennauer, Liza Klayn və Mik Kreyqerdən ibarət komanda 4000 metrlik məsafədə 4.07.307 nəticəsini göstərib. Buna qədər dünya rekordu Rio-2016-da İngiltərə yığmasına (4.10.236) məxsus idi.

Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.