13:10 02-08-2021
news_image
153
FUTBOL

Ölkə çempionatında çıxış edəcək – Azərbaycan millisi

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib. 

Apasport.az xəbər verir ki, toplantıda Yüksək Liqanın 2021/22 mövsümünə hazırlıq işləri müzakirə olunub.

Yeni mövsümdə 8 komandanın iştirak edəcəyi qərara alınıb. Onlardan 5-i ötən çempionatda da gücünü sınayıb. Daha 2 klub isə debütantdır və biri – “Alyans” Lənkəranı təmsil edir.

Federasiya gənc futzalçıların inkişafı və təcrübə toplaması, eləcə də qarşıdan gələn Avropa çempionatına daha yaxşı hazırlaşması məqsədilə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin də Yüksək Liqada iştirakına icazə verib. Beləliklə, Yüksək Liqanın 2021/22 mövsümündə bu komandalar iştirak edəcək: “Araz-Naxçıvan”, “Neftçi”, EKOL, “Rekord club az”, “Alyans” (Lənkəran), “Baku Fire”, “Xilə” və U-19.

Qeyd edək ki, çempionat 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. İlk 4 pillədə yer alacaq komandalar (1-4, 2-3) qalibi müəyyənləşdirəcəklər. Yeni mövsümə sentyabrda start veriləcək.