13:43 02-08-2021
news_image
113
FUTBOL

İlk turu boykot etməyə hazırlaşır – İtaliya klubları

İtaliyanın A seriyasının startı xoşagəlməz hadisə ilə əlamətdar ola bilər.

Apasport.az saytının məlumatına görə, iştirakçı klublar çempionatın əvvəlini boykot etməyə hazırlaşır.

Klublar hökumətdən maliyyə və sair təminatlar tələb edir. Əsas tələb isə azarkeşlərin stadionlara buraxılmasıdır.

Boş tribunalar önündə oynamaqla böyük məbləğdə pullar itirən A seriyası təmsilçiləri buna qarşıdır. Tələblər yerinə yetirilməsə, klublar ilk turun oyunlarına çıxmayacaq.

Qeyd edək ki, A seriyasında yeni mövsüm avqustun 21-də başlayacaq.