14:01 02-08-2021
news_image
94
FUTBOL

“Tottenhem”ə qayıtmadı – Harri Keyn

“Tottenhem”in hücumçusu Harri Keyn komandanın məşqlərinə qatılmayıb.

Apasport.az saytının məlumatına görə, rəhbərlik tərəfindən verilən istirahət müddəti başa çatan 28 yaşlı forvard londonlulara qoşulmamaqda israrlıdır.

Bununla klubu boykot edən İngiltərə millisinin üzvü “Mançester Siti”yə satılması üçün təzyiqini davam etdirir. O, rəhbərliyə xəbər göndərərək, “şəhərlilər”ə keçidinə köməklik edilməsini istəyib. Keyn Premyer Liqa çempionu ilə 5 illik şəxsi müqaviləni razılaşdırıb. Ancaq “Tottenhem” qolçusunu 200 milyon avrodan ucuz qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, Harri Keyn ötən mövsüm 49 oyunda 33 qol vurub, 17 assist edib.