15:30 02-08-2021
news_image
245
TOKİO-2020

Bu dəfə bürünc qazandı - Rıza Kayaalp

Türkiyə güləş yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, yunan-Roma güləşçisi Rıza Kayaalp 130 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib.

9 dəfə Avropa, 4 dəfə dünya çempionu olan, həmçinin 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarını qazanan məşhur türkiyəli pəhləvan bürünc medal uğrunda görüşdə iranlı Amin Mirzəzadəni 7:2 hesabı ilə məğlub edib.

Bu çəkinin qalibi kubalı Mixain Lopes olub. O, finalda Gürcüstan təmsilçisi Yakobi Kajaya üzərində 5:0 hesabı ilə qalib gələrək, ardıcıl 4-cü dəfə Olimpiya çempionluğunu qazanıb.

Qeyd edək ki, Türkiyə yığması Tokio-2020-də hələlik 1 qızıl, 4 bürünc medal qazanıb.