15:43 02-08-2021
news_image
269
FUTBOL

Yeni baş məşqçi – “Qəbələ”də

Azərbaycan I divizionda çıxış edəcək “Qəbələ-2” yeni mövsümün hazırlığına başlayır. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, “Qəbələ” İdman Klubunun tərkibində yeni yaradılan komanda bu gün ilk məşqinə çıxacaq. 

Əsasən futbol akademiyasının yetirmələrindən təşkil olunan ikinci komanda hazırlığına Qəbələ şəhər stadionunda start verəcək. “Qəbələ-2”ni bunadək U-19-un baş məşqçisi olan Famil Xəlilov çalışdıracaq. Onun yetirmələri yeni mövsümə hazırlıq dövründə bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq.

Qeyd edək ki, I Divizionda 2021/2022-ci illər mövsümü sentyabrın 13-də start götürəcək. İki dövrədən ibarət olacaq çempionatda 13 komanda mübarizə aparacaq.