00:34 03-08-2021
news_image
338
FUTBOL

6 futbolçusunu göndərir – “Neftçi”nin potensial rəqibi

“Neftçi”nin Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi “Fənərbaxça” heyətində təmizləmə işləri aparacaq.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Vitor Pereyra son yoxlama görüşünün ardından “qara siyahı”sını rəhbərliyə təqdim edib.

Portuqaliyalı mütəxəssis konkret olaraq 6 oyunçunun xidmətində maraqlı deyil ki, bunlar Joze Sosa, Ozan Tufan, Zanka, Nabil Dirar, Mauritsio Lemos və Sinan Gümüşdür. Çalışdırıcı eyni zamanda Mesut Özil, Caner Erkin, Osayi-Samuel və Serdar Azizə xəbərdarlıq edib. O, adıçəkilən oyunçuların hazırkı performansından məmnun deyil.

Qeyd edək ki, “Neftçi” Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya təmsilçisi HİK-i üstələyərsə, pley-offda “Fənərbaxça”ya rəqib olacaq.