00:00 03-08-2021
news_image
564
TOKİO-2020

2 medal, 2 final şansı – Olimpiya gündəliyi

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan yığmasının dörd idmançısı qüvvəsini sınayacaq.

Onlardan ikisi yarışa start verəcək. Atlet Nazim Babayevlə yunan-Roma güləşçisi İslam Abbasov finala vəsiqə uğrunda mübarizə aparacaq.

Bir gün öncə yarışa qoşulan digər iki güləşçimiz isə bürünc medal ümidi ilə yarışacaq. Qadın güləşində Elis Manolova, yunan-Roma güləşində isə Rafiq Hüseynov öncə təsəlliverici, qələbə təqdirində isə üçüncülük qarşılaşmasına çıxacaq.

3 avqust
04:00. Atletika, üçtəkanla tullanma. Kişilər, təsnifat mərhələsi. Nazim Babayev
06:00. Yunan-Roma güləşi. 77 kq. Təsəlliverici görüş. Rafiq Hüseynov – Lamyed Maafi (Tunis)
06:00. Yunan-Roma güləşi. 87 kq. 1/8 final. İslam Abbasov – Daniel Qreqoriç Heçavarria (Kuba)
06:07. Qadın güləşi. 68 kq. Təsəlliverici görüş. Elis Manolova – Mirim Jumanazarova (Qırğızıstan)