17:48 02-08-2021
news_image
119
FUTBOL

2 illik müqavilə - 37 yaşlı veteranla

İtaliya millisinin futbolçusu Corco Kyellininin gələcək taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı veteran müdafiəçi “Yuventus”dakı karyerasını davam etdirəcək.

Turin təmsilçisi ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alan Kyellini bu gün yeni anlaşma imzalayacaq. Yeni müqavilə 2 ili əhatə edəcək.

Qeyd edək ki, Kyellini 2005-ci ildən “Yuventus”da oynayır.