09:16 03-08-2021
news_image
162
TOKİO-2020

Final üçün mövsümün rekordu da yetmədi – Nazim Babayevə

Atletika üzrə Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, çəkicatmada uğursuzluğa düçar olan Anna Skidanın ardınca üçtəkanla tullanan Nazim Babayev də ümidləri doğrultmayıb.

A qrupunda mübarizə aparan atletimiz 16,72 m nəticə göstərib. O, özünün mövsümdəki rekorduna imza atıb.

Qrupda 8-ci, ümumilikdə 15-ci olan Nazim final mərhələsinə yüksələ bilməyib. Bununla da üçtəkanla tullananımız özünün ikinci Olimpiadasını da boşa verib.

Qeyd edək ki, Babayev 5 il öncə Rio Olimpiadasında 25-ci yeri tutub.