09:23 03-08-2021
news_image
451
TOKİO-2020

İki güləşçimiz mübarizəni dayandırdı – Tokio-2020

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha bir güləşçimiz mübarizəyə qoşulub.

Yunan-Roma güləşində çıxış edən İslam Abbasov üçün Olimpiada uğursuz nəticələnib. Həmçinin dünən yarışa qatılan qadın güləşçimiz Elis Manolovanın bürünc medal qazanmaq ümidi də puç olub.

Yunan-Roma güləşi
3 avqust
87 kq

1/8 final mərhələsindən yarışa start götürən İslam Abbasov ilk görüşdəcə uğursuz olub. 25 yaşlı güləşçi Daniel Qreqoriç Heçavarriaya 1:3 hesabı ilə uduzub. Kubalı idmançı növbəti raundda məğlub olduğundan, təmsilçimiz Olimpiada ilə erkən vidalaşıb.

Sərbəst güləş
Qadınlar
68 kq

Bir gün əvvəl yarışa qoşulan Elis Manolova bu dəfə təsəlliverici görüşə çıxıb. Qırğızıstan idmançısı Mirim Jumanazarovaya 1:4 hesabı ilə yenilən idmançımız bürünc medal şansını da əldən verib.

Qeyd edək ki, güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) bu gün bürünc medal uğrunda mübarizə aparacaq.