10:12 03-08-2021
news_image
261
FUTBOL

Azərbaycan klubunun təklifini rədd etməsinin səbəbini açıqladı – niderlandlı hücumçu

Niderlandlı futbolçu Kevin van Veen Azərbaycandan təklif alıb.

Apasport.az saytının məlumatına görə, bunu Şotlandiyanın “Motervell” klubunun hücumçusu özü bildirib.

30 yaşlı forvard yay fasiləsində ölkəmizdən təklif almasına baxmayaraq, “Motervell”i seçdiyini etiraf edib: “İngiltərə və bir neçə tropik ölkədə oynamaq imkanım var idi. Azərbaycanda və Tailanddan təkliflər almışdım. Amma onlar məni maraqlandırmadı. Çünki hələ də böyük izdiham qarşısında oynamaq istəyirəm. Hələ də iddialıyam və insanların məni izləməsindən xoşlanıram”.

Qeyd edək ki, “Helmond”un yetirməsi olan Kevin van Veen “Motervell”ə İngiltərə aşağı liqa təmsilçisi “Skantorp Yunayted”dən keçib.