00:00 04-08-2021
news_image
335
FUTBOL

“Arsenal”ın futbolçularını alır – “Neftçi”nin potensial rəqibi

“Neftçi”nin Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi “Fənərbaxça” daha iki transferə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu müdafiənin cinahlarını gücləndirmək niyyətindədir.

İstanbul nəhəngi “Arsenal”ın cinah müdafiəçiləri Sead Kolaşinaç və Sedrik Soareşlə maraqlanır. “Sarı-lacivərdlilər” bununla bağlı Premyer Liqa təmsilçisi ilə danışıqlara başlayıb. Super Liqa klubu Kolaşinaçı birdəfəlik transfer etmək istəyirsə, Soareşi birillik icarəyə götürməyə çalışır.

Hər iki futbolçu heyətə düşə bilmədiyi üçün “topçular”dan ayrılmaq niyyətindədir. ötən mövsüm Premyer Liqada Kolaşinaç 1, Sedrik isə 10 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya təmsilçisi HİK-i məğlub edərsə, növbəti raundda “Fənərbaxça”ya rəqib olacaq.