11:27 03-08-2021
news_image
155
FUTBOL

“Qarabağ” qorxulu deyil” – sabiq AEL-li

“Andre Teyşeyranın yoxluğu “Qarabağ”la oyun üçün bəhanə olmamalıdır. Konstantinos Sotiriu da beynəlxalq təcrübəsi olan futbolçudur”.

Apasport.az saytının məlumatına görə, bunu AEL-in sabiq futbolçusu və məşqçisi Marios Neopyutou Limassol klubunun Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirəcəyi oyun barədə danışarkən deyib.

44 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin keçilməz olmadığını düşünür: “Ötən mövsüm APOEL-lə oyunlarda “Qarabağ”ın çıxışını gördüm. Bura dost evi deyil. Daha böyük büdcəsi olan komandadır, amma qorxulu deyil. AEL ilk görüşdə sərfəli nəticə qazansa, növbəti mərhələnin təməlini qoyacaq. Bu komandalar arasındakı səviyyə fərqi çox azdır”.

Qeyd edək ki, “Qarabağ”la AEL arasında ilk oyun avqustun 5-də Kiprdə, cavab qarşılaşması isə 12-də Azərbaycanda keçiriləcək.