12:19 03-08-2021
news_image
149
TOKİO-2020

Olimpiadada 500 və daha çox medal qazanan ölkələr - SİYAHI

Tokio-2020 Yay Olimpiya Oyunlarının kanoe sprintdəki bugünkü yarışları tarixi hadisə ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Macarıstan idmançıları bu gün bir qızıl, bir gümüş və bir bürünc medal qazanıb.

Bununla da şərqi avropalılar Tokioda qazanılan mükafatlarının sayını 10-a çatdırıb. Nəticədə Macarıstan Yay Olimpiya Oyunları tarixində əldə edilən medal sayında 500-ü fəth edib.

Yaponiyadakı yarışlara qədər 491 mükafatı olan yığma 500-ü keçərək, 501-ə çatıb. Bunlardan 178-i qızıl, 151-i gümüş və 172-si bürüncdür.

Macarıstan Yay Olimpiya Oyunları tarixində 500 və daha çox medal qazanan 9-cu ölkə olub. Bunadək ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, Çin, Fransa, İtaliya və Avstraliya da bunu bacarıb.