12:31 03-08-2021
news_image
159
FUTBOL

“Qarabağ”la görüşdə mərhələ adlamaq şansımız var” – AEL-in futbolçusu

“Güclü rəqiblə qarşılaşacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu AEL-in müdafiəçisi Slobodan Medoyeviç Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.

31 yaşlı serbiyalı futbolçu Azərbaycan klubunun güclü olduğunu etiraf edib: “Qarabağ” cütün favoritidir. Ancaq Kipr və Azərbaycanda onlara qarşı iki oyun keçirəcəyik. Yəni mərhələ adlamaq şansımız var. “Vlajniya” ilə ev matçında azarkeşlər bizə əlavə motivasiya verdi. Larnakadakı görüşdə də onların dəstəyinə ehtiyacımız var”.

Qeyd edək ki, AEL-lə “Qarabağ” arasında ilk oyun avqustun 5-də “AEK Arena”da keçiriləcək.