12:36 03-08-2021
news_image
163
FUTBOL

“Qarabağ”ı çox yaxşı tanıyırıq” – rəqib baş məşqçi

“Avropada favorit yoxdur. Yalnız kağız üzərində kimisə fərqləndirmək olur”.

Apasport.az saytının məlumatına görə, bunu AEL-in baş məşqçisi Duşan Kerkez Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək ilk oyun barədə danışarkən deyib.

45 yaşlı mütəxəssis təşkil edilən mətbuat konfransında “Qarabağ”dan çəkinmədiklərini söyləyib: “Bəzi zədəli futbolçuların sıraya dönməsi bizim üçün vacibdir. Futbolçularıma güvənirəm. Mərhələ adlamaq istəyirik. Bu mənada ilk matç çox önəmlidir. İndidən Azərbaycandakı cavab görüşü barədə düşünmürəm. Bütün diqqətimiz Kiprdəki birinci oyunadır. “Qarabağ”ı çox yaxşı tanıyırıq”.

Qeyd edək ki, avqustun 5-də “AEK Arena”da keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq