12:42 03-08-2021
news_image
222
TOKİO-2020

Olimpiadadan kənarlaşdırıldı – Yunanıstan yığması

Sinxron üzgüçülük üzrə Yunanıstan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Apasport.az saytının məlumatına görə, buna idmançılarda koronavirusa yoluxması səbəb olub.

Öncədən üzgüçü xanımlardan birinin testi müsbət nəticə verib. Bu gün isə onun daha üç komanda yoldaşı eyni halla üzləşib.

Təşkilat Komitəsi sinxron üzgüçülük üzrə Yunanıstan yığmasının digər üzvlərinin də Olimpiya kəndini tərk edərək karantinə alınmasına qərar verib. Bu isə o deməkdir ki, yunanıstanlılar nə qrup, nə duetlərin yarışında qüvvəsini sınayacaq.