13:20 03-08-2021
news_image
201
FUTBOL

Millimizin futbolçusunu Niderland klubuna satdı - "Sabah"

“Sabah” Ozan Can Kökcü ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 23 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı Niderlandın “Telstar” klubu ilə razılığa gəlinib. Onun bakılılarla müqavilə müddəti 2023-cü ilin yayına qədər idi.

Qeyd edək ki, Ozan Can Kökçü 2019-cu ildən "Sabah"ın uğurları üçün çalışıb. Ötən mövsümün ikinci yarısını “Telstar”da icarədə keçirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü “Sabah”da ümumilikdə 29 oyunda meydana çıxıb.