15:49 03-08-2021
news_image
279
FUTBOL

“Neftçi” daha şanslıdır – HİK-lə oyunda

Avrokubokların bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Azərbaycan təmsilçisi “Neftçi”nin Avropa Liqasının III təsnifat mərhələsində evdə keçiriləcək ilk matçının da favoritini müəyyənləşdirib.

“Neftçi” - HİK (Finlandiya) görüşündə meydan sahibləri favoritdir. Bu gün “Bakcell Arena”da baş tutacaq matçda Bakı təmsilçisinin qələbəsi 2,36, Finlandiya çempionunun uğuru 3,12 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,22 əmsal verilib.

Qeyd edək ki, “Neftçi” – HİK qarşılaşması saat 21:00-da başlayacaq.