19:19 03-08-2021
news_image
154
FUTBOL

Mövsümün ilk oyunlarının vaxtı açıqlandı - Premyer Liqamızda

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, I tur iki günü əhatə edəcək.

Yeni mövsüm “Bank Respublika Arena”da başlayacaq. İlk qarşılaşmada “Sabah”la “Səbail” üz-üzə gələcək.

Avrokuboklarda mübarizəni davam etdirən “Neftçi” və “Qarabağ” ikinci oyun günündə meydana çıxacaq.
Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

I tur
14 avqust (şənbə)
“Sabah” – “Səbail”

“Bank Respublika Arena”, 18:30

“Keşlə” – “Sumqayıt”
“ASK Arena”, 20:30

15 avqust (bazar)
“Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu, 18:00

“Neftçi” – “Qəbələ”
“Bakcell Arena”, 20:00