00:32 04-08-2021
news_image
379
FUTBOL

“Doqquzluğ”da – Emin Mahmudov

Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombardirlərinin siyahısında dəyişiklik olub.

Apasport.az saytının hesablamalarına görə, Emin Mahmudov qitə miqyaslı klub turnirlərində 7-ci qolunu vurub.

“Neftçi”nin kapitanı bütün qollarını flaqmanın heyətində rəqib qapısından keçirib. O, 7-ci qola Avropa Liqasının III təsnifat mərhələsinin HİK-lə (Finlandiya) Bakıdakı ilk oyununda imza atıb.

Emin qol sayında “7”yə çataraq ən məhsuldar 9 futbolçumuzdan biri olub. Mahmudov Rəşad Sadıqov, Markus Madera Migel, Əfran İsmayılov və Filip Ozobiçə çatıb.

1. Reynaldo Silva - 11
2-4. Rəşad Sadiqov - 8
Riçard Almeyda - 8
Dani Kintana - 8
5-9. Rəşad Sadıqov - 7
Markus Madera Migel - 7
Əfran İsmayılov - 7
Filip Ozobiç - 7
Emin Mahmudov - 7