10:12 04-08-2021
news_image
109
TOKİO-2020

“Yeniyetmələr”in oyunları – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında azyaşlı idmançıların uğurları davam edir.

Apasport.az saytının məlumatına görə, “yeniyetmələr” qızların skeytbordinqin park növündə fərqlənib.

Düzdür, 1-ci yeri 19 yaşlı yaponiyalı Sakura Yesodzumi tutub. Lakin fəxri kürsüdə onu kiçiklər əhatə edib.

12 yaşlı yaponiyalı Kokona Hiraki gümüş, 13 yaşlı Böyük Britaniya təmsilçisi Skay Braun bürünc mükafat əldə edib.