10:23 04-08-2021
news_image
303
FUTBOL

Canni de Byazini yağmalarına aparır - ukraynalılar

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi daha bir yığmanı çalışdırmağa namizədlər sırasına düşüb.

Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis adıçəkilən ölkənin millisində işləyə bilər.

Andrey Şevçenko ilə yenicə yollarını ayıran Ukrayna Futbol Assosiasiyası yeni çalışdırıcı axtarışlarına başlayıb. Qurumun siyahısında bir neçə ad var ki, onlardan biri də 65 yaşlı de Byazidir. Onunla yanaşı, Sergey Rebrov, Miron Markeviç və Yurgen Klinsmann da danışıq aparılması nəzərdə tutulan mütəxəssislərdir.

Qeyd edək ki, bir ara adı Polşa millisi ilə hallanan Canni de Byazi İtaliya klubu “Sampdoriya”nın da maraq dairəsində olub.