10:58 04-08-2021
news_image
145
FUTBOL

Yubileylər – “Neftçi”nin oyununda

Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” – HİK görüşü yubileylərlə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Sabir Buqrinin Finlandiya təmsilçisinin qapısına vurduğu top “Neftçi”nin avrokuboklar tarixində 80-ci qolu olub.

Bu, Bakı klubunun 71-ci oyununda gerçəkləşib. Ümumilikdə 71 matçda 81 dəfə fərqlənən paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,14-ə bərabərdir.

HİK-lə 2:2 hesablı heç-heçə Azərbaycan klublarının avrokuboklarda 90-cı sülhü olub. 375 qarşılaşmaya çıxan təmsilçilərimizin oyunlarının 24 faizi bərabərliklə nəticələnib.

Qeyd edək ki, “Bakcell Arena”dakı qarşılaşma Azərbaycan klublarının Avropa Liqasında 250-ci oyunu olub.