11:41 04-08-2021
news_image
229
FUTBOL

“Qəbələ” ilə müqavilə müddəti müəyyənləşdi - Renatonun

“Qəbələ”nin heyətinə qatmağa hazırlaşdığı Ruan Renatonun müqavilə detalları müəyyənləşib.

Apasport.az saytının Braziliya mətbuatına istinadən məlumatına görə, 27 yaşlı mərkəz müdafiəçisi Premyer Liqa təmsilçisi ilə 1 illik sazişə qol çəkəcək.

“Ponte Preta”dan ayrılan və “qırmızı-qaralar”a azad agent kimi gələn Renatonun müqaviləsinə daha bir il uzadılması maddəsi də əlavə olunacaq. O da vurğulanıb ki, hazırda Azərbaycanda olan “sambaçı” tibbi müayinədən keçdikdən sonra münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Braziliyada bir çox klubun formasını geyinən Ruan Renato 2017/18 mövsümündə “Austriya”da legioner həyatı yaşayıb.