12:23 04-08-2021
news_image
195
FUTBOL

“Qarabağ” AEL üçün çətin sınaqdır” – kiprli iş adamı

“Qarabağ”la AEL-in şansları yarı-yarıyadır”.

Apasport.az saytının məlumatına görə, bunu Kiprin sabiq futbol idarəçisi Vassos Eliades Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la AEL arasında keçiriləcək oyunları barədə danışarkən deyib.

Vaxtilə APOEL-də icraçı direktor vəzifəsində çalışan iş adamı AEL üçün çətin olacağını bildirib: “Qarabağ” AEL üçün çətin sınaqdır. Komandamız fərqli heyətə malikdir. Azərbaycanda futbola sərmayə qoyulur. Amma təmsilçimiz heyətini düzgün idarə edir. Bu da ölkəmizdə bir çox klubun qısqanclığına yol aça bilən məqamdır”.

Qeyd edək ki, avqustun 5-də “AEK Arena”da keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.