22:03 04-08-2021
news_image
341
FUTBOL

UEFA ilə başı bəlada – “Fənərbaxça”nın

“Neftçi”nin Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi “Fənərbaxça” heyətlə bağlı ciddi problem yaşayır.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Vitor Pereyranın sərəncamında 30-dan çox futbolçunun olması rəhbərliyi narahat edir.

Yeni mövsümə bu heyətlə başlamaq maaş büdcəsinin limiti keçməsinə və maliyyə feyr-pleyinin pozulmasına gətirib çıxara bilər. Həmçinin Türkiyə təmsilçisi yeni transfer də həyata keçirə bilmir. İstanbullular həm oyunçu sayını, həm də maaş büdcəsini azaltmaq üçün bəzi futbolçularının transferindən gəlir əldə etməyi planlaşdırır. Əks təqdirdə, UEFA “Fənərbaxça”ya sanksiya tətbiq edə bilər.

“Sarı-lacivərdlilər”, xüsusən də, yarımmüdafiəçilər Dimitris Pelkas və Ozan Tufanın satışına ümid edir. Qardaş ölkə təmsilçisi İngiltərə Premyer Liqasının bir neçə klubunun maraq dairəsində olan Pelkas və Tufanın transferindən ümumilikdə 20 milyon avroluq qazanc götürmək niyyətindədir.

“Fənər” eyni zamanda bir neçə oyunçusu ilə müqaviləyə xitam vermək üçün danışıq aparır.

Qeyd edək ki, “Neftçi” Avropa Liqasının III təsnifat mərhələsində HİK-i üstələsə, növbəti raundda “Fənərbaxça” ilə qarşılaşacaq. Azərbaycan çempionu Finlandiya klubu ilə Bakıdakı ilk görüşdə 2:2 hesablı bərabərə qalıb.